Tədqiqatçıların İnsan Kompüter qarşılıqlı əlaqəsinə baxışı iki əsas başlıq ya da yanaşma altında formalaşmaqdadır. Bu yanaşma asan istifadəolunabilərlik və interfeys dizaynlarına yaxından təsir etməkdədir. Birinci yanaşma, qarşılıqlı əlaqədə özünə istifadəçinin məlumatı işləmə davranışını (information procesing act) təməl almaqdadır. Bu nöqteyi nəzərin öndə gələn tədqiqatçıları arasında, Donald Norman və Ben Shneiderman sayıla bilər. Norman (1988) bir kompüter istifadəçisinin kompüter ilə qarşılıqlı əlaqə müddətini, müəyyən əməliyyat səviyyələrinə bölərək modelləməyə çalışmışdır. Shneiderman (1998) isə, eksperimental yanaşmalar ilə əldə etdiyi ixtiralara uyğun olaraq, kompüter interfeyslərinin necə daha yaxşı dizayn ediləcəyi mövzusunda məsləhətlər vermişdir. Bunlar əlimizdəki mövcud texnologiyaları daha asan istifadəolunabilən hala gətirmək üçün faydalanılan praktik və populyar yanaşmadır. “Kompüter interfeyslərini necə daha yaxşı dizayn edək ki, fərqli xüsusiyyətlərə sahib istifadəçilər ən rahat şəkildə onları istifadə etsinlər və ən yüksək məhsuldatrlığı əldə etsinlər” yanaşmanı qısa olaraq bu düşərgədə yer alan tədqiqatçıların həll etmək üçün çalışdığı problemləri təyin etməkdədir.
İkinci yanaşma isə, bu gün üçün nisbətən daha utopik bir yanaşma sərgiləməkdədir. Bugünkü mövcud vəziyyəti deyil, olması lazım olan, son hədəfi göstərməkdədir. Lucy Suchman (1987) tərəfindən təklif edilən və Lickliderin “İnsan Maşın Bütünləşməsi” fikirləri ilə də paralellik göstərən bu yanaşmaya görə, qarşılıqlı əlaqə müddətinin ünsiyyət və məzmun (communicative and situated) xüsusiyyətləri önə çıxarılmışdır. Normanda qarşılıqlı əlaqə, maşından mesajların aktiv şəkildə istifadəçiyə təqdim edilməsi çərçivəsində ələ alınarkən, Suchman bunu danışmağa bənzər, mənalı bir İnsan-Maşın dialoqu olaraq görür. Yəni Normanın düşüncə tərzindən fərqli olaraq burada kompüter istifadəçini anlamalı, nə etmək istədiyini anlayıb, ona görə davranmalıdır. Necə ki, üz-üzə danışan iki şəxs qaşısındakının o an içində olduğu situasiyanı ya da təhsil səviyyəsini anlayıb ona görə cavab verirsə, burada da bənzər bir davranış sərgiləməlidir. Məsələn, bir mövzuda insanın təhsil səviyyəsi aşağıdırsa və ya emosional vəziyyəti qəmgin ya da sevincli isə kompüterin verdiyi reaksiya ona görə olmalıdır. Bu mövzuda öndə gələn informasiya firmalarında işlər görülməyə başlanmışdır. 2010-da keçirilən İDF 2010 sərgisinin açılış mətnini hazırlayan İntel Texnologiya Rəhbəri Justin Rattner, çıxışında gələcəkdə istifadəçisini anlayacaq olan yeni bir kompüter texnologiyasından bəhs etmişdir. Bu texnologiyaya görə kontekstual fikirə sahib kompüterlər istifadəçisinin dilindən və onun necə hiss etdiyindən anlamaq üçün avadanlıq və proqram qəbuledicilərindən ibarət olan yeni bir növ texnologiya istifadə edəcəkdir
Yuxarıda da bildirildiyi kimi Suchmanın düşüncə tərzi daha ideal bir vəziyyəti tərif etməklə bərabər, əfsuslar olsun ki, bugünkü texnologiyalar hələ ki, bu yanaşmanı həyata keçirəcək qədər təkmilləməmişdir. Bu səbəblə, İnsan Kompüter İnterfeysinə biz daha çox Norman tərəfdən önə sürülən fikir əsasında baxacağıq
Qarşılıqlı Əlaqənin 7 Səviyyəsi və Körfəz Yanaşması
Donald Norman’ın İdrak Elmləri sahəsində uzun illər ərzində davam etdirdiyi işlərin bir nəticəsi olaraq yaratdığı bu model, iki ayrı fəaliyyət üzərində qurulmuşdur (Norman, 1988). Bunlardan birincisi fiziki, ikincisi isə idrak fəaliyyətidir. Fiziki fəaliyyət olaraq mausu vurmaq, düymələrə basmaq ya da oyun çubuğunu hərəkət ettirmək kimi nümunələri saymaq olar. Amma qarşılıqlı əlaqənin gözlə izlənilə bilən bu səviyyəsinin yanında bir də gözlə izlənə bilməyən, beynin içində baş verən idrak səviyyəsi mövcuddur. Norman bu idrak prosesini 7 səviyyəyə bölmüşdür
Norman’a görə qarşılıqlı əlaqə prosesinin ilk addımı qavrayışdır. Ekran qarşısında oturan istifadəçi ekranda, məsələn bir xəta mesajını vizual qavrayış sistemi ilə dərk etməkdədir. Görmə yolu ilə qavranılan bu məlumatın ikinci addımda şərh edilməsi tələb olunur. Ekrandakı xəta mesajı zehində adi, yoxsa ciddi bir mesajdır şəklində bir prosesdən keçir. Buna görə bir dəyərləndirmə reallaşdırılır. Bütün bu addımlar Dəyərləndirmə (Evaluation) prosesi adlandırılır. Bu idrak dəyərləndirmə prosesinin sonunda hədəfin ya da gözləntinin nə olduğu təyin edilir və ardından Reallaşdırma (Execution) prosesi başlayır. Bu proses, təyin edilmiş hədəfə uyğun olaraq veriləcək reaksiyanın tətbiq edilməsini təmin edir. Reallaşdırma prosesində zehində yaranan ilk addım bir şey etməyə ya da etməməyə qərar verilməsidir. Zehinin hər hansı bir reaksiya veririləcək yoxsa verilməyəcək qərarı sonrasında əgər nəticə reaksiya veriləcək şəklində olarsa, sonra əlaqəli hərəkət müəyyənləşdirilir. Bu hərəkət, misal üçün, mausun sol düyməsinə basmaq ya da klaviaturada müəyyən bir düyməyə basmaq ola bilər. Hərəkətin seçilməsi nəticəsində son proses olan reallaşdırma nöqtəsinə çatılır. Burada bədənin əlaqəli əzələlərinə verilən əmr ilə idrak prosesi fiziki bir reaksiya ilə sonlandırılır. Bu proses dövri bir şəkildə daimi olaraq davam edər. İdrak səviyyəsi ilə əlaqəli olaraq daha ətraflı məlumatlar 3-cü fəsildə verilmişdir.
Norman’ın Körfəz Yanaşması
Donald Norman, qarşılıqlı əlaqəni açıqladığı bu model üstündə iki vacib anlayışı gündəmə gətirməkdədir. Yuxarıda qeyd edildiyi kimi, hədəfə qədər davam edən proses “Dəyərləndirmə”, hədəfin fiziki reaksiyaya çatdığı proses “Reallaşdırma” olaraq adlandırılmaqdadır. Asan istifadə ediləbilirlik problemləri də “Dəyərləndirmə Körfəzi” (Gulf of Evaluation) və “Reallaşdırma Körfəzi” (Gulf of Execution) səbəbi ilə baş verməkdədir
Necə bir körfəzin bir ucundan digər ucuna keçmək, körfəzin iki ucu arasındakı məsafə artdıqca çətinləşirsə, insan kompüter əlaqəsində də eyni vəziyyət mövcuddur. Əgər istifadəçi qarşısına çıxan ekrandakı mesajı başa düşmürsə, körfəzin “Dəyərləndirmə Körfəzi” açıqlığı böyükdür. İstifadəçi mesajı başa düşür amma nə edəcəyini bilmirsə, bu vəziyyətdə də “Reallaşdırma Körfəzi” açıqlığı böyükdür. Körfəzi bir ucdan bir uca üzərək keçməyə çalışan, amma məsafənin böyüklüyünə görə bunu bacara bilməyən bir insanın, boğulma təhlükəsi ilə qarşı-qarşıya qalması kimi, kompüter proqramını dəyərləndirmə ya da reallaşdırma problemləri səbəbi ilə istifadə edə bilməyən şəxs də proqramı tərk edə bilər. Hər iki halda da istifadəediləbilirlik mühəndisinin vəzifəsi, bu körfəzi mümükün olduğu qədər daraltmaqdır.
7 Səviyyə Yanaşmasının Dizayna Təsiri
Norman’ın 7 səviyyə yanaşması, interfeys dizaynı zamanı istifadə edilə biləcək sadə bir vasitədir. Bu vasitə sayəsində dəyərləndirmə və reallaşdırma körfəzlərindəki məsafələr minimuma endirilə bilər. Norman bu məqsədlə istifadə ediləcək 4 əsas strategiya təyin etmişdir. Bunlar:
1. Görünürlük (Visibility): İstifadəçilər sistemin vəziyyətini və varsa alternativ hərəkətləri gördüyü anda deyə bilməlidir. Məsələn, sistem gözləmə vəziyyətindədirsə ya da bir şey yükləyirsə, sistemdə istifadəçinin bundan xəbərdar olmasını təmin edəcək xüsusiyyətlər olmalıdır. Bəzi proqramlarda gözləmə anında qarşımıza çıxan qum saatı nişanı ən tipik görünürlük nişanıdır.
2. Yaxşı bir konseptual model (A good conceptual model): Dizaynerlər, sistemdə həyata keçirilən əməliyyatlar və onların nəticələrinin göstərilməsi ilə tutarlı və uyğun bir konseptual model yaratmalıdır. Digər bir deyişlə, istifadəçilər edəcəkləri hərəkətlərin nəticələrinin nə olacağını təxmin edə bilməlidir, sınaq və səhv etmə yolu ilə sistemi istifadə etmək məcburiyyətində olmamalıdır. Məsələn, bir web saytında kliklənəbilən bağlantılar alt xətt ilə ya da rəngləndirilərək göstərilməzsə istifadəçilər bunu başa düşməyə bilər.
3. Yaxşı uyğunlaşdırmalar (Good mappings): Həyata keçirilən əməliyyatlar və onların nəticələri arasındakı əlaqə yaxşı uyğunlaşdırılmalıdır. Məsələn, adətən qırmızı rəng xəbərdarlıq, yaşıl rəng təsdiq deməkdir. Əgər interfeys dizaynı zamanı bu uyğunluq tərs qurularsa istifadəçilər sistemi istifadəedərkən səhv edə biləcəklər.
4. Geri bildirim (Feedback): İstifadəçilər, yerinə yetirdikləri əməliyyatların nəticəsində tam və davamlı bir geri bildirim almalıdır. Məsələn, istifadəçi bir fayl yükləyirsə, faylın nə qədərinin yükləndiyi və nə qədər vaxt qaldığı məlumatı davamlı olaraq bildirilməlidir.