Kompüter proqramlarında, istifadəçi interfeyslərinin daha aktiv və təsirli dizayn ediləbilməsi, istifadəçi tərəfindən asan qəbul görərək sürətlə istifadəsinə başlanması və istifadəçiyə əlavə olaraq idraki yük gətirməyəcək şəkildə istifadəolunabilir olması vacib xüsusiyyətlərdir. Bunların təmin edilməsi üçün lazım olan faktorların müəyyən edilməsi, İKİ-yə orijinal idrak yanaşmalarının və ölçmə və dəyərləndirmə metodlarının istifadəedilməsi ilə mümkündür. İnsan Kompüter İnterfeysi prosesləri hər keçən gün daha da irəliyə daşımaqda olduğu ya da yeni faktorların ortaya çıxdığı da düşünülərək inkişaf etdirilir. Beləliklə, bu faktorların təyin edilməsi, ancaq insan zehnində yer alan idrak proseslərini tezləşdirən və anlaşılmasında açar vəzifəsi görən, vizual və səsli qavrayış sisteminin dinamikalarının daha yaxşı anlaşılması ilə mümkün olacaqdır. Bu məqsədlə, öncəliklə xarici dünya ilə qarşılıqlı təsirimiz necə olmalıdır onu bir nümunə ilə anlamaya çalışaq.
Kompüter ekranı ilə qarşılıqlı təsirimizə tipik bir kompüter proqramı olan bank hesab məlumatımızı ekranda necə qavradığımızı nümunə olaraq verək. Düşünək ki, istifadəçi bir bankın web saytından hesabını yoxlayır. Saytda təqdim edilən seçimlər arasında gəzərkən, bu şəxsin beynində nələr olduğunun alnaşılması, elmi proseslərin təqdim etdiyi tapıntıların köməyilə qismən mümkündür. Bu ssenaridəki şəxs, bir kompüter ekranına baxır və ekrandan gələn məlumatları şərh edib onlara görə bir reaksiya verir. Kompüterdən istifadəçimizin qavrayış sistemlərinə iki təməl məlumat axını gəlir. Birincisi və ən vacibi, vizual məlumat axınıdır. İkinci məlumat axını isə səslidir. İstifadəçimizin interfeys ilə olan qarşılıqlı əlaqə sırasında gələn məlumatlar öncə gözə və qulağa çatır. Psixologiya sahəsində ümumi olaraq qəbul edilən “Məlumat İşləmə Modeli” yanaşmasına görə gələn məlumatlar beyində dərindən işlənmədən öncə, bir ön süzgəcdən keçirilir (Wickens, 1992). İlkin Qavrayış Prosessoru (Perceptual PreProcessor) olaraq adlandırılan bu ilk pillə işlənməsinə ehtiyac duyulmayan məlumatları gözardı etməyimizi təmin edir. Buna avtomobil istifadəsindən bir nümunə versək, maşın şoferi, hərəkət halında ikən ağaçlar, daşlar, digər maşınlar, buludlar kimi yüzlərcə obyektə baxmaqdadır ancaq bunları əslində görməməkdədir
Qavrayış keş tərəfindən bu məlumatlar bu məluatları millisaniyələr səviyyəsində alınıb, işlənib lazımsızlar zibil qutusuna atılır
Bu əməliyyat insan tərəfindən fərqində olmadan, avtomatik olaraq gerçəkləşdirilir. Ancaq, (öndəki maşının əyləc lampasının yanması, yoldakı piyadalar, kimi) lazımlı ya da kritik məlumatlar dəyərləndirilmək üçün beyinə göndərilir. Kompüter ekranından gələn məlumatlar da bənzər bir müddətdən keçir. Ekranda istifadəçi bank hesabının o ankı vəziyyətinə fokuslanmışkən, eyni anda bir küncdə bankın adı və loqosu yer alır, sağ üst küncdə açıq olan pəncərəni bağlamağa yarayan bir düymə vardır, bəlkə digər açıq pəncərələrdə başqa proqramlar işləyir. Bütün bu digər məlumatlar, görüş mövqeyinin içində olmasına baxmayaraq, istifadəçi tərəfindən gözardı edilir ya da qavranılmır. İstifadəçi bunlar arasından sadəcə bank hesabındakı məbləğ məlumatlarını görür. Digər bir deyimlə, “İdrak Prosessorunun” süzgəcindən keçən hesab məbləği məlumatı, beyinin vizual görüntü xəzinəsi (visual image store) deyilən hissəsinə gəlmişdir. Qısa müddətli yaddaş ya da bəzi tədqiqatçıların adlandırıldığı kimi proses yaddaşı – working memory) ilə koordinasiya içində işləyən bu vahidin bir bənzəri də, səsli görüntü xəzinəsidir (auditory image store).
Qısa müddətli yaddaş
Qısa müddətli yaddaşa gələn məlumatın işlənməsi müddəti isə, İdrak Prosessoru (Cognitive Processor) tərəfindən gerçəkləşdirilir. Daha öncə uzun müddətli yaddaşa yerləşdirilmiş məlumatlardan faydalanan istifadəçi, hesabında olan pulun dəyərləndirməsini edib, bununla investisiya etməyə ya da sistemdən çıxmağa qərar verir. Bu nöqtədə, “İdrak Prosessoru” qəbul edilən qərarın nəticəsini “Mühərrik Prosessoru” (Motor Processor)-a köçürür və ondan lazım olanı etməsini istəyər. “Mühərrik Prosessoru”, mausu tutan əlini kursoru sistemdən çıxış yazısının üstünə aparmasını və onu klikləməsini təmin edər.