Bu fəslin məqsədi, İnsan Kompüter İnterfeysi və istifadəçi psixologiyası arasındakı əlaqə mövzusunda təməl məlumatları vermək, əlaqəli nəzəri və pratik anlayışları təqdim etməkdir. Xüsusilə İKİ-nin idrak səviyyəsinə vurğu ediləcəkdir.
İstifadəçi yəni “İnsan”, İKİ-nin ən qarışıq parçasıdır. Hər istifadəçi bir-birindən az ya da çox fərqlidir. Bunun da xaricində, hər istifadəçinin bir günü digərinə bənzəməz. İstifadəçi emosionaldır, təsir altında qalır, öyrənir, zaman içində dəyişir və sosial bir ətrafın içində yaşayır. Bütün bunlar onu çətin anlaşılır edən faktorlardır. Amma əgər istifadəçiyə doğru gözlə baxmaq bacarığına sahibsəniz, bütün bu bilinməzliklərin həllini də tapmaq mümkündür. Tamda bu anda İKİ mövzusunda işləyənlərin köməyinə psixologiya elmi çatır.
İstifadəçini necə başa düşək? İnsana fizyoloji səviyyədən, digər bir deyimlə fiziki erqonomika baxımından baxarsaq, problem daha sadədir (Şəkil 3.1). İstifadəçinin oturacağı stulun xüsusiyyətləri, klaviaturanın klavişlərinin böyüklüyü, ekranın uzaqlığı və mausun ələ uyğunlaşması üçün lazım olan uyğun ölçülər və xüsusiyyətlər, aşağıdakı şəkildə də göründüyü kimi, gözlə rahatca müşahidə edilərək, fiziki erqonomika problemlərində həll tapmışdır.
Ancaq, fiziki səviyyədən idrak səviyyəsinə keçdiyimizdə vəziyyət dəyişir. İstifadəçinin beyninin içini real zamanda müşahidə etmək demək olar ki, imkansızdır (Maqnit rezonans istifadə edən cihazlarla edilən məhdud işlərdən başqa; fMRİ kimi). Məsələn, maus istifadəsinin qavrayış və idrak səviyyəsinin necə anlaşılacağı, ekranda təqdim edilən məlumatların istifadəçilərin onları daha asan xatırlayabilməsi üçün necə təşkil edilməsi və ya nə üçün istifadəçilərin bir proqramı istifadə etdiyi zaman çətinlik çəkərkən bənzər başqa bir proqramı istifadə edərkən bu problemi yaşamadıqları kimi mövzulara aydınlıq gətirə bilmək üçün qarşılıqlı əlaqənin idrak səviyyəsi haqqında məlumat sahibi olmalıyıq. İndi bu mövzuya, İKİ tərəfdən istifadəçiləri bir-birindən fərqli və bənzər edən nədir, sualına cavab axtararaq bir az daha ətraflı olaraq baxmağa çalışaq.
İnsan ətrafını duyğu orqanları ilə qavrayır. Bunun da böyük bir qismi, gözlər vasitəsilə həyata keçirilir. Beləliklə, “gözlər zehnin dünyaya açılan pəncərəsidir” demək yanlış olmayacaqdır.
Gözlərin ardından eşitmə qabiliyyəti gəlir, sonra isə toxunma və qoxlama duyğuları bunları izləyir. Kompüter ilə olan qarşılıqlı əlaqədə isə, görmə əngəlli istifadəçilərin xaricində qalan istifadəçi qrupu, ən çox görmə duyğusunu istifadə edirlər. Son illərdə inkişaf etdirilməkdə olan “haptic” cihazları ilə toxunma hissinə yönümlü interfeyslər istifadə edilməyə başlamışdır. Eksperimental olaraq qoxunun da qarşılıqlı əlaqə üçün istifadə edilməsinə görə işlər görülməkdədir.
Vizual qavrayış (visual perception) mövzusu çox uzun illərdən bəri elm insanları tərəfindən araşdırılmaqdadır. Vizual qavrayış, üzərində ən çox araşdırma edilən və ən çox bilinən qavrayış növü olmasına baxmayaraq, hələ bu mövzuda ən çox sualın cavabı verilməmişdir. Xarici dünya ilə əlaqə qurarkən, beynin içində nələrin olduğunu real zamanda görmək, ancaq çox bahalı bir çeşid cihazlar ilə məhdud olaraq mümkündür. Bu müddəti, istifadəçilərin davranışlarını və beynin xarici dünyaya açılan pəncərəsi olan gözlərin hərəkətini izləyərək (eye tracking) təxmin etmək böyük ölçüdə mümkündür. Göz hərəkətlərini təqib sistemləri ilə bağlı məlumat 4-cü fəsildə veriləcək.
Paylanmış İdrak Nəzəriyyəsi
İdrak nəzəriyyələrin İnsan Kompüter İnterfeysi intizamına yetəri qədər töhfə verməməsinin səbəblərindən biri, idrak yanaşmalarının sadəcə zehnində gerçəkləşən vaxtlarla maraqlanmasıdır. Paylanmış idrak (distributed cognition) nəzəriyyəsi, klassik idrak yanaşmalardan fərqli olaraq, insanın ətrafındakı material və qaynaqların zehni müddətlərə töhfəsini ələ alır (Hollan Hutchins, & Krish, 2000). Buna görə, zehində gerçəkləşən fəaliyyətlərin qanunauyğunluğu, ətrafdakı nizamın bir əksidir. Xarici mühit (external representation) zehin üçün sadəcə xəbərdar edən və ya giriş deyil, bununla yanaşı idrak proseslərini müəyyən edən, yol göstərən, məhdudlaşdıran xüsusiyyətlərə sahibdir (Zhang, 1997). Aparılan tədqiqatlar, eyni məlumatı fərqli şəkillərdə təqdim etmə xüsusiyyətinin, problem həll etmə və qərar vermə davranışlarını dəyişdirdiyini göstərmişdir (Zhang, 1996). Buna ədəbiyyatda təəssürat təsiri (representation effect) adı verilmişdir. Bu tərəfləriylə dağınıq idrak nəzəriyyəsi İKİ sahəsinə ən yaxın konsepsiyalardan biridir.