İnsan-Kompüter Qarşılıqlı əlaqəsində Gestalt psixologiyası

İnternet saytları yaradılarkən, əsas vizual dizayn prinsipləri istifadə edilməlidir. Aşağıda ətraflı məlumat veriləcək olan, Gestalt prinsipləri olaraq da adlandırılan, əsas vizual dizayn prinsipləri, İnternet saytlarının dizaynında da istifadə edilməlidir. Gestalt prinsipləri, psixolojik tədqiqatlar nəticəsində aşkar edilmiş, insanların vizual qavrayış sisteminin necə işlədiyini izah edən bir sıra qaydalardan ibarətdir.
Daha əvvəl də qeyd olunduğu kimi dünya ilə olan qarşılıqlı əlaqəmiz və ətrafımızda baş verənləri başa düşməyimiz əsasən görmə hissi ilə həyata keçirilir. Buna görə kompüter ilə də qarşılıqlı əlaqə qurarkən, qarşımızdakı interfeysdən bizə təqdim edilən məlumatları qavrayış və şərh prosesi kritik bir əhəmiyyətə sahib olur. Vizual məlumatın qavrayışı, sinifləndirilməsi və təşkil edilməsi kimi mövzular ilə əlaqəli ən vacib araşdırmalar, Gestalt psixoloqları tərəfindən həyata keçirilmişdir. Bir söz kimi, təşkilat ya da quruluş mənasına gələn Gestalt nəzəriyyəsinə görə, dünyanı başa düşməyimiz, ətrafımızdan gələn xəbərdarlıqların bir-bir təfsiri ilə deyil, xəbərdarlıqların bir bütün olaraq qavrayışı ilə olur. Başqa sözlə, bir bütün onu meydana gətirən alt birləşmələrin cəmindən fərqlidir. Gestalt nəzəriyyəsi, vizual olaraq bəzi nümunələrdə daha yaxşı başa düşülə bilər. Aşağıdakı Şəkil 3.6' da nə görürsünüz?

Bu suala cavab verən insanların böyük bir əksəriyyəti, bunun bir dairə olduğunu deyəcəklər. Çox böyük ehtimalla doqquz ədəd nöqtə cavabı çox az adamdan gələcəkdir. Gestalt nəzəriyyəsinə görə qavrayış sistemimiz, bu görüntüyü zehnimizdə qurmağa və mənalı şəkildə təşkil etməyə çalışır. Yəni burdakı doqquz nöqtəni, tək-tək dəyərləndirmir, bunları birləşdirib, insanın keçmiş təcrübələri ilə də əlaqələndirməyə çalışır. Bu şəkili görən yetişkin insan, dairə anlayışı ilə artıq tanış olduğu üçün, onu dairə olaraq qiymətləndirməyə meylli olacaqdır. Bu vəziyyət, idrak sistemimizin, təkamül prosesində həyatta qalmaq üçün inkişaf etdirdiyi əsas qabiliyyətlərimizdən biridir.
Gestalt nəzəriyyəsini kompüter interfeyslərinə tətbiq etsək, bir interfeys özünü təşkil edən tək-tək parçalardan (menyu, düymə, şəkil, yazı, və.s) daha fərqlidir. Bütün bu bölmələri bir-bir araşdırmaq, interfeysin ümumi qiymətləndirilməsi üçün kifayət deyil. Gestalt nəzəriyyəsi əsasında edilən araşdırmalar nəticəsində, bir sıra ümumi dizayn qayadası yaradılmışdır. Bu ümumi dizayn qaydaları, kompüter interfeysi dizaynı üçün də, tamamilə eynidir. Bu ümumi qaydalar, bəzi interfeyslərdən nümunələrlə aşağıda izah edilir.

Gestalt nəzəriyyəsi əsasında edilən araşdırmalar nəticəsində, bir sıra ümumi dizayn qayadası yaradılmışdır. Bu ümumi dizayn qaydaları, kompüter interfeysi dizaynı üçün də, tamamilə eynidir.