Haqqımızda
“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi
“Naxçıvan” Universiteti, “ixtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyasında ““İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” (01.12.2021-01.10.2022) layihəsi ilə qrant qazanmışdır. Layihənin məqsədi, müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır. Dünya sıralamasında 601-800 arası yerdə olan Türkiyənin Orta Şərq Texniki Universitetində (www.odtu.edu.tr) prof. Kürşat Çağıltay`ın rəhbərliyində TUBİTAK layihəsilə Türkiyədə ilk “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” laboratoriyası 2005-ci ildə qurulmuşdur. Layihəmiz ilkin etapda mütəxəssis hazırlığı, eyni zamanda akademik mobillik vasitəsi ilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi güdür. “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” interaktiv texnologiyaların dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan fənlər arası tədqiqat sahəsidir. “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” erqonomika, qrafika və sənaye dizaynı, sosiologiya, antropologiya və təhsil elmləri, eləcə də insan davranışı, psixologiya, idrak elmləri, kompüter texnologiyaları və proqram mühəndisliyi kimi sahələrlə sıx əlaqəli bir tədqiqat sahəsidir.