“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsi
01.12.2021-01.10.2022

Haqqımızda

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“Naxçıvan” Universiteti, “ixtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi” kateqoriyasında ““İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” (01.12.2021-01.10.2022) layihəsi ilə qrant qazanmışdır. Layihənin məqsədi, müasir çağırışlardan yola çıxaraq “İnsan-Kompüter İnterfeysləri” fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərs kitabını hazırlamaqdır. Dünya sıralamasında 601-800 arası yerdə olan Türkiyənin Orta Şərq Texniki Universitetində (www.odtu.edu.tr) prof. Kürşat Çağıltay`ın rəhbərliyində TUBİTAK layihəsilə Türkiyədə ilk “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” laboratoriyası 2005-ci ildə qurulmuşdur. Layihəmiz ilkin etapda mütəxəssis hazırlığı, eyni zamanda akademik mobillik vasitəsi ilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi güdür. “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” interaktiv texnologiyaların dizaynı, qiymətləndirilməsi və tətbiqi ilə məşğul olan fənlər arası tədqiqat sahəsidir. “İnsan-Kompüter qarşılıqlı əlaqəsi” erqonomika, qrafika və sənaye dizaynı, sosiologiya, antropologiya və təhsil elmləri, eləcə də insan davranışı, psixologiya, idrak elmləri, kompüter texnologiyaları və proqram mühəndisliyi kimi sahələrlə sıx əlaqəli bir tədqiqat sahəsidir.

Müəllimlər

Prof. Dr. Kürşat Çağıltay

Təlimçi-Expert

Şamil Hümbətov

Layihə Rəhbəri

Dr. Serkan Alkan

Təlimçi

Dərslər

Şərhlər

“İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi peşəkar mütəxəssis hazırlığı üçün nəzərdə tutulmuş möhtəşəm bir layihədir. Bu təhsil layihəsində iştirakımdan çox böyük məmnunluq duyuram.

Davamı

Laihədə iştirak etdiyimiz bir neçə həftə ərzində keçdiyimiz təlim modullardan çox tövsiyyələr öyrəndik. Biz inanırıq ki, OTDU universitetində iştirak edəcəyimiz təlimdə hər birimiz universitetimizə böyük yeniliklər gətirəcəyik.

Sima Məmmədova

Azərbaycan Dövlət Aqrar Universiteti

“Naxçıvan” Universitetinin HCI təlimi layihəsində iştirak etməklə çox dəyərli bilik və bacarıqlar əldə etdim və əyani surətdə Orta Şərq Texniki Universitetində öyərnəcəklərimi daha da inkişaf etdirəcəyimdən əminəm. “Naxçıvan” Universiteti rəhbərliyinə, layihə rəhbəri Şamil müəllimə, hörmətli prof. Kürşat müəllimə və dr. Serkan müəllimə dərin təşəkkürümü bildirirəm.

Azer Huseyn

UTECA

Bir veb developer olaraq bu təlim mənə dizayn prosesində nələrin vacib olduğunu və sadə interfeysin istifadəçilər üçün daha önəmli olduğunu öyrətdi. Praktiki olaraq da müəyyən avadanlıqları görməyimiz öyrəndiklərimi daha da dəqiqləşdirdi.Belə bir şəraiti bizim üçün yaratdığı üçün layihə rəhbərinə və Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm.

Elvin Cabbarlı

UNEC

Bu layihədə bu sahənin müasir dövr üçün necə vacib sahə olduğunu daha yaxşı dərk edib və təlimlər nəticəsində biliklərimi daha dərinləşdirdim. İnsan-kompüter qarşılıqlı əlaqəsi kompüter texnologiyasının dizaynına yönəlmiş çoxsahəli bir tədqiqat sahəsidir.

Davamı

Müasir dövrdə kompyüterlər hər kəs tərəfindən istifadə edildiyi halda daha az təcrübəli istifadəçilərin də rahat işləyə bilməsi üçün insan-kompyüter qarşılıqlı əlaqəsini yaratmaq ehtiyacı daha da çoxalır. Əvəllər yalnız kompyüterlərin istifadəsinin asanlaşması üçün nəzərdə tutulsa da hal hazırda smartfonlar kimi digər texniki vasitələri də nəzərə alır. Təlimlər nəticəsində aldığımız məlumatları praktika ilə birləşdirərək bu sahəni daha da inkişaf etdirməyi ümid edirəm. Layihənin bizə verdiyi bu imkanlara görə layihə rəhbərinə təşəkkür edirəm.

Türkan Əlibəyli

"Naxçıvan” Universiteti

Bu layihə insan-kompüter əlaqəsinin daha dərin məqamlarının öyrənilməsində çox əhəmiyyətli rol oynadı. Yüksək səviyyədə təşkil olunan vebinarlar və aparıcı məruzəçi professor Kürşat Çağıltayın çıxışları bu biliklərin alınmasına köməklik göstərdi.

Davamı

Xüsusilə, layihənin rəhbəri Şamil Hümbətovun böyük zəhməti və səyi nəticəsində ərsəyə gələn bu layihə Azərbaycanda “İnsan-kompüter qarşılıqlı əlaqəsi” ilə bağlı biliklərinin ali məktəblərdə tədris prosesində istifadə olunması gənclərin bilik bazasının təkmilləşdirilməsinə öz tövhəsini verməsinə inanıram. Digər tərəfdən bu layihə bir sıra milli və beynəlxalq universitetlərin müəllimlərini bir araya gətirməklə, elmi mübadilələrin, yeni layihələrin, elmi-tədqiqat işlərinin formalaşmasına təkan verəcək və Azərbaycanın elmi potensialının beynəlxalq səviyyəyə qalxmasına köməklik göstərəcəkdir.

Kəmalə Paşayeva

Bakı Ali Neft Məktəbi

Həyata keçirilən layihə çərçivəsində əldə etdiyimiz biliklər və qazandığımız təcrübələr üçün ilk öncə Şamil müəllim başda olmaqla, bütün layihə təşkilatçılarına dərin minnəttdarlığımı bildirirəm.

Davamı

Əslində Layihə çərçivəsində bir daha mütəxəssisin inkişafı, peşəkar tədqiqatçı olmasının insan psixologiyasına söykəndiyinin və texnologiyanın da məhz bu istiqamətdə formalaşmasının, nəticədə ortaya asan interfeysin formalaşdığının bir daha şahidi oldum. Maraqlı izahlarınıza, etdiyiniz məhsuldar və keyfiyyətli təqdimatlarınıza görə təşəkkür edirəm Kürsat Hocam! Bizə verdiyiniz dəyərli məsləhətləri inanınki, tədris müddətində bakalavriat və magistratura təhsil səviyyəsi üzrə bütün tələbələrə çatdırıram!

Aida Mustafayeva

Mingəçevir Dövlət Universiteti

Tərəfdaş Universitetlər